Maqomayev adına park və Azərbaycan Mədəniyyət Mərkəzi inşa ediləcək
Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk) şəhərinin mərkəzi hissəsində - “Fəhlə” prospektində ərazisi 4 hektar olan yaşıllıq sahəsində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adına park salınacaq və Azərbaycan Mədəniyyət Mərkəzi inşa ediləcək. Bu barədə ölkəmizin Ukraynadakı səfirliyindən məlumat verilib.
Səfirliyin və Azərbaycanın Dnepr şəhərindəki diaspor rəhbəri Nəcəf Əhmədovun, şəhər meriyasının birgə təşəbbüsü və dəstəyi ilə inşa ediləcək park, o cümlədən parkın ərazisində mədəniyyət mərkəzi üçün işlənib hazırlanan layihə artıq müvafiq bələdiyyə və dövlət qurumları tərəfindən təsdiqlənib. Parkda Müslüm Maqomayevin heykəlinin də ucaldılması nəzərdə tutulur. Mədəniyyət mərkəzində soydaşlarımızın kütləvi-mədəni tədbirlər keçirmələri üçün hərtərəfli şərait yaradılacaq.
Tikinti işlərinə yaxın aylarda başlanması nəzərdə tutulur.

Facebook-da paylaş