Bakı Mətbuat Mərkəzində Azərbaycan polislərinin davranışı haqqında təbbir keçirildi
“Dövlət və Qanun” qəzetinin təşəbüsü ilə Bakı Mətbuat Mərkəzində (BMM) “Azərbaycan DİN-nin polisləri Avropa polislərinə nümunədir adlı tədbir keçirilmişdir.
“Dölət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Əsgərova tədbiri giriş sözü ilə açaraq bildirdi ki: “Bu gün ölkədəki sabitlik və təhlükəsizlik Azərbaycan polisinin fəaliyyətinin nəticəsidir. Məhz mərhum Heydər Əliyev 1993-cü ildə doğru seçim edərək Naxçıvan MR-nın daxili işlər orqanın rəhbərini Azərbaycan Respublikasının DİN-i təyin etdi.Ölkədə stabilliyin qorunmasında DİN-nin böyük əməyi vardır.
Bundan sonra polisin vətəndaşlara xidməti, ictimai əlaqələri, extrimal şəraitdə vətəndaşlara kömək etmələri, bayram günlərində sürprizləri haqqında çarxı nümayişi oldu.
Daha sonra söz “Dölət və Qanun” qəzetinin Beynəlxalaq əlaqələr şöbəsinin rəhbəri, Beynəlxalq hüquq exsperti İsmayıl Zalova verildi.
Beynəlxalq hüquq eksperti İsmayıl Zalov geniş çıxış edərək qeyd etdi ki: “Azərbaycan polisi Avropa polisinə həqiqi nümunədir. Polisin bu gün hakimiyyətə xidmət etməsi düzgün deyil. Polis icra edici hakimiyyət kimi dövlətə və xalqa xidmət edir. Qanuna müvafiq olaraq dövləti təmsil edən hakimiyyəti qoruyurlar. Cəmiyyətdə baş verən ixtişaşların geniş miqyasa keçməməsinin qarşısını alaraq ölkədə asayişi təmin edirlər. Bu gün xarici qara güvvələr Azərbaycanda olan stabillikdən və dinamik inkişafdan narahatdırlar. Bu gün həm Fransa Xarici İşlər Nazirliyi (XİN) , eyni zamanda ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin Mehman Hüseynovla bağlı Azərbaycandan sorğu tələb etməsi Azərbaycanın daxili işlərinə qatışmaqdır. Fransa böyük dövlətçilik, müstəmləkəçilik və sələmçilik ənənələrinə malik ölkə olub. Amma Azərbaycanın Fransa qarşısında heç bir öhtəliyi yoxdur. Fransanın bu cur münasibəti Beynəlxalq hüquqada ziddir. Fransa ATƏT-in Minski qrupunun üzvü olaraq yalnız Qarabağ məsələsində Azərbaycanın XİN-i ilə eyni səviyyədə əməkdaşlıq edə bilər.
Separatçı ermənilərlə Azərbaycan dövləti arasında münaqişədə milyonlarla insanın hüquqları pozulub, amma Fransa bunu görmür. Hətta 1918-ci ilin martında ermənilər bölşeviklərdən dəstək alaraq Azərbaycanda yaşayan bütün xalqlara divan tutub, Quba məzarlığında neçə-neçə türki,yəhudini,ləzgini,tatı, hapıttı və s. etnik xalqları öldürüb quyulara töküblər, amma buna 1919-cu ilin yanvar-11 də Parisdə keçirilən millətlər ligasında özünü Avropanın hüquq mərəzi sayan Fransa heç bir reaksiya verməyib, heç bir müzakirə olmayıb ki, komunikə və ya qətnamə qəbul edilsin. Bu mövzuda Fransa Azərbaycana qarşı ciddi səhvlərə yol verib öz erməni pərəst mövqeyini daima ortaya qoymuşdur. Bununlada Azərbaycan ictimaiyəti haqlı olaraq Fransanın ATƏT-in Minski qrupunda təmsilçıliyinin başqa ölkə ilə əvəzlənməsini istəmişdir.
Azərbaycan ATƏT-in üzvüdür və bu üzvülük çərçivəsində bütün öhdəlikləri artıqlaması ilə yerinə yetirir. Mehman Hüseynov və digər məhbuslar haqqında məhkəmə qərarı var.Məhkəmə qərarından yalnız yuxarı instansiya məhkəməyə şikayət etmək olar. Ölkədə ierarxiyal qürluşa görə üçüncu hakimiyyət olan məhkəmə hakimiyyəti tam sərbəstdir. Bunu Müsavat partiyasının üzvü Tofiq Yaqublunun işində, Real partiyasının sədri İlqar Məmmədlinin işində və s. məhkəmə hökümlərində görmək olur ki, məhkəmələr bir mənalı olaraq heç kimlə antiqonist siyasəti aparmır və qərarlarda ədalət prinsipinə əsaslanır.
Fransa Azərbaycanın siyasi işlərinə qarışmaqdansa ölkəni bürüyən milyonlarla “sarı jiletlilərin” səsinə qulaq assın. Rəsmi rəqəmlərə görə ixtişaşlarda Fransa büdcəsinə yarım milyard ziyan dəyib, 4500 saxlanılan səxs var, ölən və xəsarət alanlarda var. Amma bizdə sakitlikdir, sitabil inkişaf var. Meyman və digərlərinin qaldırdığı korrupsiya və yeyinti məsələləri dünyanın bütün dövlətlərində var. Hətta ən inkişaf etmiş Fransada belə. Mən dəfələrlə avropa dövlətlərində olmuşam, müşahidələr aparmışam, təhlillər etmişəm, anlizlər edib elmi məqalələr dərc etmişəm. Diqqət edin “sari jiletli” etirazçı nə deyir: “ Mən bir il ərzində 50-60 min arasında maaş alıram, bu günki qiymətlərlə bu mənim və ailəmin dölanışığına çatmır. Məmurların geyindiyi kostumlar 70-80 min evrodur. Bu sadə insanların bir illik gəlirlərindən bahadır, bu neşə olur axı?”
Yaxşı olar Fransa məmurları Azərbaycandan insan haqqlarını tələb etməzdən əvvəl, bir öz daxillərindəki etirazçıların haqqlı suallarına cavab versinlər”.
Daha sonra tədbirdə iştirak edən digər ictimaət nümayəndələri də fikirlərini bildirmişlər. Tədbirdə təqaüddə olan DİN-i müavini, ehtiyyatda olan zabitlər, hüquq müdzfiəçiləri, ziyalılar, elm adamları, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir.
Facebook-da paylaş