ABŞ-ın daha bir ştatı Qarabağın “müstəqilliyi”ni tanıdı
ABŞ-ın Miçiqan ştatı Azərbaycan torpaqlarında yaradılmış qondarma “Qarabğ rejimi”nin müstəqilliyini tanıyıb.
Ştatın senatı müvafiq qətnamə qəbul edib.
ABŞ prezidenti və Konqresə ünvanlanan qətnamədə qondarma rejimin tanınması və onunla iqtisadi əlaqələrin qurulmasına çağırış yer alıb.
Miçiqandan əvvəl 7 ştat – Havay Adaları, Kaliforniya, Luiziana, Rod-Aylend, Massaçusets, Men və Corciya ştatları da Qarabağın müstəqilliyi tanıyıb.
Facebook-da paylaş