Astaralı gənc rəssamların sənət uğurları...
Astara Dövlət Rəsm Qalereyası nəzdində rəssamlıq kursu fəaliyyət göstərir. Kursun incəsənətin bu növünə marağı olan istedadlı gənclərin üzə çıxmasında rolu böyükdür. Kursun yetirmələri bir çox xarici ölkələrdə keçirilən rəsm müsabiqələrinin iştirakçısı olublar. Belə ki, gənc rəssam Dəniz Baxşıyev 2014-cü ildə Yaponiyada təşkil olunan və bir neçə dövlətin iştirak etdiyi incəsənət sərgisində öz “Pambıqyığan” əsərinə görə gümüş mükafat alıb. 2017-ci ildə isə yenə də Yaponiyanın Kanagava şəhərində keçirilən beynəlxalq sərgidə rayonun 17 gənc rəssamının əl işləri nümayiş etdirilib və yüksək fəallığa görə qalereya təşəkkürnaməyə layiq görülüb.
Gənc istedadların uğurları Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayevanı ürəkdən sevindirir.
Söhbət əsasında Naibə xanım dedi: - Artıq astaralı gənc rəssamların sənət uğurları diqqət mərkəzindədir. 2019-cu ilin yanvar ayında Yaponiyanın Kanagava şəhərində iyirminci Dünya Uşaq İncəsənət Sərgisi keçiriləcək. Sərgidə 100 ölkədən 6-15 yaşlı istedadlı uşaqların çəkdikləri rəsmlər nümayiş olunacaq. Bizdən də 19 gəncin əl işləri beynəlxalq sərgiyə göndəriləcək. Göndərilən rəsm əsərlərinin mövzusu Azərbaycanın milli adət-ənənələri, müxtəlif təbiət mənzərələri, əhalinin həyat tərzi və xalq nağıllarından ibarət olacaqdır. Əminəm ki, uşaqların yaratdıqları rəsm əsərləri Yaponiyada yüksək səviyyədə sərgilənəcək. Gənc rəssamlar böyük həvəslə yaratdıqları əl işlərini sahmana salıb sərgiyə göndərməyə hazırlaşırlar.
İmza: Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook-da paylaş