Qarabağdan təşəkkür MƏKTUBU

 
Salam!
Mən Qarabağam! Səsimi tanıdınızmı?
İllərlə ermənilərin girovluğunda talanan Diyar!
İndi Ali Baş Komandanın iradəsi, Sizin birliyiniz sayəsində azadlığına qovuşan Doğma Yurdunuz!
Sizə necə minnətdar olum, necə sağ ol deyim, bilmirəm! Bəlkə heç minnətdarlığa ehtiyac yoxdur, axı mən sizinəm, özünüzünəm!
Sizə qovuşduğumdan xoşbəxtəm!
Bu xoşbəxtlik çox-çox itkilər hesabına başa gəldi. Amma yenə də hər şeyin şahidi ola-ola, yüzlərlə nakam gəncimizin Şəhidliyinə baxa-baxa xoşbəxtəm!
Sevginizin xoşbəxtiyəm, doğrusunu desəm, məni bu qədər sevdiyinizi bilmirdim.
Azərbaycanlı ana Qarabağı öz oğlundan çox sevirmiş.
Azərbaycanlı xanım Qarabağı öz ərindən çox sevirmiş.
Azərbaycanlı uşaq Qarabağı öz atasından çox sevirmiş.
Azərbaycan əsgəri Qarabağı öz anasından, öz ömür-gün yoldaşından, öz uşağından çox sevirmiş.
Mən də Sizi çox sevirəm!
Bu İlahi sevgimiz əbədi olsun!
Zəfərimiz əbədi olsun!
Mən Qarabağam!
Bu Sevgimizin, Zəfərimizin əbədi olması üçün, Qarabağ adına Sizdən bir neçə xahişim olacaq:
Məni azad etdiyiniz zaman yaratdığınız birliyi qoruyun! Ona həmişə ehtiyacımız olacaq. Düşmən o birlikdən çox qorxur. O birliyi pozmaq üçün hər cür oyun oynayır, İnternet dediyimiz zaddan istifadə edir; Bizim dildə, bizim adda yalan-yalan şeylər paylaşırlar. Onlara inanmayın!
Əsgərlərimizin hər uğurlu addımından sonra ermənilərin belə təxribatları daha da güclənir. Görmürdünüz, hansısa rayonumuz işğaldan azad ediləndə Ermənistan ya Gəncəni, ya Bərdəni, ya da Tərtəri raket atəşinə tuturdu. İndi də internetdə raket atırlar.
Torpaqları işğaldan azad edilən bizik, Zəfər çalan bizik!
Ermənistanı məhv edən bizik.
Amma bəzən görürəm ki, insanlarımız səbəbi olmadan bədbinliyə düşürlər. Bunu etməyin!
İndi içimizdə az qala o ölkəyə, bu ölkəyə işləyənləri axtarmağa başlayanlar var. Çox yanlışdır. Vallah, bizim kimi yumruğu bir yerə vuran millət yoxdur.
Sadəcə, özümüz haqqında inamsızlıq mühiti yaratmağa çalışırlar. Belə şeylərə getmək olmaz.
44 günlük Vətən Müharibəsi dövründə ermənilərin dünyada nağıllaşdırılan lobbisini dünya azərbaycanlıları çökdürdü. Gördünüzmü, gücləri çatmırdı deyə, küçədə yumruq, təpik atırdılar. İçlərini göstərdilər.
44 günlük Vətən Müharibəsi dövründə dünyada nağıl kimi bəzədilən erməni ordusunu Azərbaycan əsgəri yerlə-yeksan etdi.
İlk vaxtlar bunu gizlədirdilər, axırda Paşinyan özü etiraf etdi ki, təslim sənədinə imza atmasa, ölkəsinin hərbçilərinin hamısı məhv olacaqdı.
44 günlük Vətən Müharibəsi dövründə informasiya müharibəsində, diplomatiya savaşında, bütün sahələrdə Ermənistanı məğlub etdik.
Bir daha xatırladıram, torpaqları işğaldan azad edilən bizik, Zəfər çalan bizik!
Ermənistanı məhv edən bizik!
İndi nəinki Xankəndidə, heç Ermənistanda erməni qalmayıb. Onlar bilirlər ki, Qarabağ kimi İrəvan da, Zəngəzur da işğaldan azad ediləcək.
Baxmayın ki, Xankəndidə ruslar zorla bir neçə min qotur ermənini saxlayırlar. Bunun üçün onlara hər cür xidmət göstərirlər, hər cür şərait yaradırlar.
44 günlük Vətən Müharibəsi erməni lobbisinə də, erməni ordusuna da, erməni dövlətinə də ömürlük dərs verdi.
Elə isə bədbinliyə biz deyil, ermənilər qapılmalıdır.
Vallah, onlar ölmüş durumdadırlar.
Siz axır 100 ilin ən tarixi anlarını yaşayırsınız.
Özünüzə güvənin, özümüzə güvənin!
Xahişlərimə diqqət edin!
Cavabı əməlinizdə göstərin.
Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!
 
İmza: QARABAĞ


Facebook-da paylaş