EL-OBAYA ÜNVAN KİŞİ...
Kəndimizin nəsillərə örnək kişilərindən
İsfəndiyar Hüsən oğlunun əziz xatirəsinə hörmət və ehtiramla
Zamanın gərdişinə diqqət edəndə bəzən mənə elə gəlir ki, dünya məhvərindən çıxır... Xətir-hörmət, ədəb-ərkan, əxlaq, mənəviyyat, kişilik, dostluq, qonşuluq, qohumluq, bir sözlə, tarixin dərin qatlarından süzülüb gələn, qanımıza, iliyimizə qədər hopan, bizi bir xalq, millət kimi formalaşdıran dəyərli ənənələr aşınmaya məruz qalır, dağılıb gedir. Olub keçənlərə göz qoyub, dərin təhlil aparanda babaların bizə miras qoyduğu əmanətin yerində olmadığının, necə deyərlər, pərsəng daşdan ağır gəldiyinin, insani münasibətlərin mahiyyətinindəyişdiyini, ağsaqqal, ağbirçək sözünün hörmətdən,qiymətdən düşdüyünün şahidi olursan. İynə ucu boyda işıq, nur, şəfqət, xeyirxahlıq, təmənnasız münasibət, kişi sözü elə bil qəhətə çəkilib, yoxa çıxıbdı... Tarixin qaranlıq, dolanbac labritində hər zaman həyatın, cəmiyyətin, insanlığın keşiyində dayanan mərd kişilər olub. Onlar insanlığı yıxılmağa qoymayıb, yaxşılığa sütun olub, yaxşılığıçiyinlərində daşıyıblar. Comərd kişilər bütün zamanlarda yaxşı ad-san qazanaraq, cəmiyyətin döyünən nəbzinə çevrilərək əbədiyaşar ömür qazanıblar.
Kəndimizin əbədiyaşar ömür qazanmış, nəsillərə örnək olacaq mərd, sözün düzünü deyən, həmişə haqqın yanında dayanan kişilərindən biri də İsfəndiyar Hüsən oğlu idi. O, nazik, hündür boylu, gur səsli, danışanda adamın üzünə düz baxan, sifəti açıq havada gəzməkdən mis rəngə boyanmış, qalın bığları, yoğun biləkləri, iri əlləri olan bir kişi idi. Çoxlarının gündüz gedə bilmədikləri yolu gecələr, gözün qırpmadan getməyi bacarırdı. Min baş qoyun sürüsünü aranda, yaylaqda təkbaşına saxlayar, haradan gəlməsi məlum olmayan təhlükələrdən qorxmaz, zamanın tufanına, çovğununa mərdi-mərdanə, kişi kimi dayanmağı bacarardı.
İsfəndiyar kişi ömür gün yoldaşı Sərfinaz Buludxan qızı ilə hbirlikdə halal zəhmətlə böyük bir ailəni saxlamış, hamısının ev eşik sahibi olmasına nail olmuşdur. Oğlanlarından biri polis mayoru, ikisi müəllim, biri iqtisadçı kimi cəmiyyətin xidmətindədirlər. Qızları yüksək ailə təlim tərbiyəsi almış, ləyaqətli övlad anaları kimi el-oba arasında hörmət izzət sahibidirlər. İsfəndiyar kişinin ömür gün yoldaşı Sərfinaz xanım da elə belə adam olmamışdı. Sərfinaz xanımın məğrur görkəmi, vüqarlı yerişi, danışdığı sözün sambalı, ölçü biçisi onun nə qədər dərin mənəvi zənginliyə malik olduğunun aynası idi. O, İsfəndiyar kişinin baxışından ürəyindən keçənləri dərhal bilirdi. Yoxsa, həyatın daşlı-kəsəkli dolanbac yollarında zamanın ağır yükünü necə çəkib apara bilərdilər.
İsfəndiyar kişi həmişə qışı Haramı düzənliyində, yazı bizim kənddən bir at mənzili Hort deyilən yerdə, yayı başı buludlardan nəm çəkən səfalı Ziyarət dağında, payızı isə bol bərəkətli Türkəş meşələrin də keçirərdi.
Haramıda yazın əvvəli çox gözəl olardı. Elə ki, aprelin sonu çatdı, otun başı saraldı, daha heyvanlar əziyyət çəkməsin deyə İsfəndiyar kişi buralarda durmaz, köç hazırlığına başlardı. O, Hort deyilən yerə yazın qırxbeşində gələr, qüzeydə, qalın palıd pöhrəliklərinin arasında, söyüd ağaclarının dibindən qaynayıb çıxan bulaqdan aşağıda, təpənin başındakı geniş yastanada, öz adıyla İsfəndiyarın arxacı deyilən yerə düşərdi. Yazın bu vaxtlarında Hört gül-çiçəyə bürünər, qoyun quzu mələşməsi bu yerlərin gözəlliyinə qarışıb xüsusi bir ahəng yaradardı. Hortda İsfəndiyar kişinin arxacından üzü gündoğana tərəf dayananda qarşıda sərt yamacı olan güney, arxada isə cavan ağaclardan ibarət meşə ilə örtülü qüzey idi. Bu dağları bir-birindən gur suyu axandərin dərə ayırırdı. Güney tərəfdəki dağın döşündən bir cığır dolana-dolana gedib, zirvədən o üzə Mülküdərə kəndinə aşırdı. Quzeydəki dağ,qənşərdəkindən fərqli olaraq nisbətən hamar, ancaq daha sıx pöhrəlik, palıd, ağcaqayın meşələri, cır armud, alça ağacları, itburnu və böyürtkən kolları ilə örtülmüşdü. Başdan-başa zümrüd meşəli bu yerlər qurd-quş oylağı idi. Aşağıdakı Daşbaşı kəndindən Ağcakəndə gedən yolun yoxuşu qurtarıb, dolayılar başladığı yerdən sol tərəfə, Söyüdlü bulağa bir cığır ayrılırdı.
Həmin vaxtlar atam Zal kişi də öz sürüsünü Horta gətirərdi. Bəzən o, atamla oturub uzun-uzadı şirin söhbətlər edərdilər. Onda mənə maraqlı gəlirdi ki, onlar bu qədər söhbət üçün mövzunu haradan tapırlar.
İsfəndiyar kişi həmişə eyni vaxta arxacınınkənarındakı hündür təpənin üstünə çıxıb ətrafa uzun-uzadı baxardı. İndi düşünürəm ki, qədim türk kişilərinin xarakterinə uyğun olaraq, İsfəndiyar kişi də öz oylağını həmişə nəzarətində saxlayırmış. Onda mənə elə gəlirdi ki, İsbəndiyar kişi elə o dağın başında heykələ dönüb.
Bir dəfə Hoptda beş on gün qaldıqdan sonra atamla İsfəndiyar kişi səhər tezdən sürülərimizi yaylağa, Ziyarət dağına çəkib aparmaq qərarına gəldilər. Atamın yanında qardaşım Əzizlə mən, İsfəndiyar kişinin yanında isə oğlanları Əliabbasla Əlisahib də var idi. Biz qabaqda, İsfəndiyar kişinin sürüsü isə arxadan gəlirdi. Hortdan Ağcakəndə tərəf gedən uzun dolama yollarda qoyunlar ipə düzülmüş mirvari dənəsi kimi yaşıl dağların boyunundan həmayil kimi asılmışdı. Çiçəklərin ətrinə qarışmış sərin yaz havası adamın ciyərlərinə dolduqca elə bil məst olurdun. Səhər tezdən Ağcakəndin aşağısındakı buz kimi sərin su axan dərəni adladıq. Kəndin yuxarısına çatanda günəş Ziyarət dağının üstündən boylanıb qüzeyləri al şəfəqə bürüdü. Günəşin bərq vuran şüaları altında Ağcakəndin üstündən Ziyarət dağına tərəf meşənin içi ilə uzanan dolayı yolun başındak alçalı bulağa çatdıq. Alçalı bulaq qarşıdakı sərt yoxuşun dibində, kolların arasında yerləşirdi. Ziyarət dağının dibində, dərələrin qoynunda çağlayan buz kimi sudan içib sərt yoxuşu dırmandıq. Yolun hər tərəfi kəklik otu, çayçiçəyi, qantəpər, lalə ilə dolu idi. Atam yoxuşun başında, Tağın yalı deyilən yerdə sürünü saxladı. Tağın yalından aşağıya, günbatan tərəfə baxanda uzaqda dərənin qırağında Köhnə Tağ kəndi yerləşirdi. Bu kənddə ayrıca bir kolxoz təsərrüfatı vardı. İndi bizim sürümüzün dayandığı yerlər onların qoruğu, biçənəkləri idi. Tağın yalından dolayı, bir xeyli qabaqda yerləşən Çaylaqqala kəndinə tərəf gedən maşın yolunun üstündə yerdən qaynayıb çıxan bir bulaq da var idi. Biz bu balaq başında bir qədər dincəlmək qərarına gəldik. Sürülərimiz bizdən aşağıda Köhnə Tağın gül-çiçəyə bürünmüş biçənəyinə doldu. İsfəndiyar kişi atama bir qədər mənalı baxıb ay Zal, qabaqkı vaxtındı, sürünü buraxaq biçənəyə, gəlsələr necə olacaq?
Atam, narahat olma, kimsə bizə bir söz deməz, gəl bəri, -dedi. Mən bu qeyri müəyyən sual cavabdan o zaman bir şey anlamadım. Sonralar başa düşdüm ki, İsfəndiyar kişi yaxşı tanıdığı atamın hünərin, igidliyin nəzərdə tuturmuş.
İsfəndiyar kişi bizə tərəf, bulaq başına gələndə sürüsündən bir quzunu da tutub gətirdi. Bulaq başında, gül-çiçəyə bürünmüş dağların qoynunda, yaşıl çəmənlikdə heç vaxt unutmayacağım bir məclis quruldu. Biz uşaqlar qurumuş ardıc odununundan yığıb tonqal qaladıq, İsfəndiyar kişi quzunu kəsib soydu, atam isti ardıc odunundan düşən közün üstündə yağlı quzu ətindən kabab bişirdi. Biz qırmızı közün üzərində, istinin təsirində axan yağ damlalarının çızıltısında bişən quzunun isti kababını ləzətlə yedik. Artıq qoyunlar yaşıl biçənəkdə yeyib doymuşdu. Atam çox gur səslə hayladı, elə bil kimsə sürünün yatdığı yerdən hürküdüb bizə tərəf qovurdu. Qoyun sürüləri bir anda dəstələnib yanımızda oldu. Biz yolumuza davam etdik.
İsfəndiyar kişini arxacı Ziyarət dağında böyük bir qüzeyin aşağısında, hündür təpənin üstündə yerləşirdi. Arxacın hər iki tərəfindəki dərədən su axırdı. Arxacın aşağısından başlayan cığır üstən aşağıya, arxacın yanlarından keçən dərələrdən axan çayın birləşdiyi yerdən dolaylanıb böyük, sıx qocaman palıd, ağcaqayın, vələs ağacları olan meşədə itirdi. İsfəndiyar kişi hər səhər sürüsünü arxacdan haylayıb həmin cığırla qorxunc, vahiməli meşədə otarıb, düz saat onbirdə geri qayıdarda. O, tərəkəmə qayda qanununun çox yaxıç bilicisi idi. Heyvanları həmişə bəstlənmiş olardı. Kimsə onun xamını basmaz, ona aid olan sərhədləri keçə bilməzdi.
...Artıq sentyabr ayının son günləri idi.Sürümüzü Ziyarət dağından köçürüb, aşağılara, payızüçün daha əlverişli, yeni otlaqlara aparmalı idik.Səhər tezdən iki sürü yaylaqdan üzü Türkəşə doğruyola düşdük. Günortadan sonraAğcakəndinyuxarısında, bir neçə ay bundan əvvəl yanındankeçib getdiyimiz Alçalı bulaqda, hər tərəfi meşə olangeniş açıqlıq sahədə dayandıq. Açıqlıq yerlərin otlarıyayda biçildiyindən payız olmağına baxmayaraqyerdə bir neçə gün bundan əvvəl yağan yağışdansonra təzə-tər ot-əncər əmələ gəllmişdi. Yol gələnsürülər ac olduqlarından təzə əmələ gəlmiş payızgüzdəyini çox iştahla yeyirdilər. İki sürü qabaq-qənşər otlayır, biz isə onların arasında oturmuşduq.Bizdən bir qədər aşağıda, içərisində çoxlu arıpətəkləri olan alma bağı vardı. Ətrafı möhkəmçəpərlənmiş bağın kənarında hündür bir yerdə bağınqoruqçusunun gecələməsi üçün balaca daxma var idi.
Gün batanda biz bir qədər irəlidə Ağcakəndinyuxarısındakı köhnə xırman yerində gecələməliolduq. Aşağı tərəfində qədim evləri olan Ağcakənd, üst tərəfi isə meşəlik olan bu xırman yeri böyük biryastana idi. Daşlıq yerdə salınmış mərkəzi bir darmeydançadan ibarət Ağcakəndin evləri bir-birinəsöykənmişdi. Adama elə gəlirdi ki, evlər az qala bir-birinin üstünə yıxılacaq.
Kəndin ortasındakımeydançada başına elektrik lampası bağlanmış ağacdirəyin yanında gur suyu olan bir bulaq var idi.
Səhər ala toranlıqda biz yola düşdük. Qumlutəpələrdən keçən dolayı maşın yolları ilə kəndinaşağısındakı dərəyə endik. Dərədən axan çayıadlayan kimi iki yol ayrılırdı. Yollardan biri həmişəişlək olan düz, digəri isə az işlənən, ona görə də otbasmış yol sol tərəfə dönüb dik yuxarı qalxırdı. Biz az işlənən yola dönüb dik yuxarı qalxdıq. Hələ havatamam işıqlanmamışdı. İki böyük sürü kolların arasıilə getdikcə qəribə səs-küy yaradır, ətrafdakı sükutupozurdu. Biz təxminən saat onda dağın zirvəsinəqalxdıq.
Türkəş meşələrinin yuxarısındakı dağın zirvəsinəmən ilk dəfə idi gəlirdim. Burada, hara baxırdım hərtərəfi müxtəlif ağaclar olan meşələrlə örtülü gözəlmənzərə vardı. Ətraf məni öz gözəlliyi ilə valehetmişdi. Dağın üstündəki qəribə daş fiqura baxandasanki nəhəng bir dəvə yatmışdı. Ona görə də bu yerinadına Dəvə daş deyirlər. Daşdan olan və yatmışdəvəyə oxşayan bu fiqur elə bil ki, mahir usta əli iləyonulmuşdu. Çətinliklə də olsa Dəvə daşın üstünəqalxdım. Ətrafdakı gözəl mənzərə bir qədər də aydıngöründü. Gündoğan tərəfdə dərələr qızılı rəng almışağaclarla əlvan boyanmışdı.
Biz hələ bir ay bu yerlərdə, Türkəş meşələrinin bol bərəkətli dərələrində qalaıb, sürülərimizi bəsləyəcəkdik. Bir gün, o vaxtlar mənasın dərindən dərk etməyəcəyim çox ibratəmiz bir hadisə baş verdi.
...İsfəndiyar kişi, səhər tezdən durub hansısa bir iş üçün kəndə, Xəlfəliyə getdi. Kəndə çatanda baxır ki, bir həyətdə camaat yığışıb. Ora gəlib məsələdən hali olur. Məlum olur ki, kənddə yaşayan, yoxsul qoca kişi vəfat edib. Ancaq onun yas məclisində bir qazan asılmayıb, yemək bişirilmir. Yaxından, uzaqdan yasa gələn adamlar gedib bu kənd camaatı haqqında nə fikirləşər, nə danışarlar? Bu məsələ İsfəndiyar kişini çox narahat edir. Mal-heyvanı, qoyun quzusu da uzaqdadı, əli çatmır. Bəs neyləsin? Bir qədər götür qoydan sonra kəndimizdə yaşayan QAZ-51 maşının sürücüsü Mürsəl oğlu Rəhimi çağırıb fikirini ona bildirir. Onu təcili geriyə Türkəşə aparmağı xahiş edir. Hətta yol pulunuda artıqlaması ilə verəcəyini də bildirir. Nə isə... Türkəş tərəfə yola düşürlər. Bir də gördük İsfəndiyar kişi gəldi. Tələsik özünün iri bir öküzünü tutub çətinliklə də olsa Rəhimin maşınına mindirdilər.
İsfəndiyar kişi:
-Ay Rəhim, apar bunu kəsin, xörək bişirin yas yerinə gələnlər yesinlər, ac qayıtmasınlar, -dedi. Cibindən də bir dəstə pul çıxarıb Rəhimə uzatdı, bu da sənin yol pulun olsun.
Rəhim gülümsəyib, yox İsfəndiyar kişi, bu məsələ ilə bağlı səndən pul ala bilmərəm. Sən bu işi özün üçün yox, elimiz üçün edirsən. Qoy bu ağır işin bir tərəfindən də mən kömək edim.
İnsanları elin ağır günündə bir-birinə yaxınlaşdıran onların damarlarından axan kişilik qanı, kişilik qeyrətidir. El-oba ünvanı olan elə insanlar var ki, onların mərdliyi, səxavəti, hünərvərliyi dildə ağızda nağıla, dastana dönüb qalır. Həmin insanlardan da biri İsfəndiyar Hüsən oğlu və ömür gün yoldaşı Sərfinaz Buludxan qızı idi. Onlar yaşadıqları ömürü şərəflə başa vurdular. İndi onlar haqq dünyada, insanlara nümunə olacaq əməlləri, xatirələri isə qəlbimizdədi.
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri

Facebook-da paylaş