YUN OĞRUSU...
Bizim rayonumuz sərhəddə yaxın olduğundan uşaqlıq xatirələrimizdə sərhəd pozanlar haqqında müxtəlif xatirələr yaddaşımda qalıb. Biz balaca olanda əksər uşaqlar kimi axşamlar yatmır, səs-küy salırdıq. Belə olanda da anam bir anlığa sakitcə dayanıb, ətrafı dinləyər, həyacan dolu gözləri ilə bizə baxaraq:
-Ay bala, deyirlər İrandan şpiyon – yəni sərhəddi pozan – anam belə deyirdi – qaçıb. Şpiyon gəlib Gördubaba dağında gizlənib, baxır ki, hansı evdə uşaqlar səs salır. Dinməyin yatın. Biz də bu həyacanlı və qorxulu “xəbərin” təsiri altında səs-küyə ara verir, sakitləşib yuxuya gedirdik.
Atam və anam daim həyatları boyu əl-ələ verib kimsənin onların sərhədlərini keçməsinə imkan vermədilər.
Anam atamın ona həvalə elədiyi, arxayın olduğu bütün işləri can başla, sədaqət və ləyaqətlə yerinə yetirərdi. Əks halda, bizim kimi böyük ailəni saxlayıb bir tərəfə çıxarmaq, övladlarının ev-eşik sahibiolmasına nail olmaq çətin olardı.
Atamın vaxtı ilə mənə danışdığı xatirələri beynimdə saf -çürük etdikcə dünya, zaman, şəxsiyyət haqqındakı mülahizələrimi qarşılaşdırır, onların bir-birinə təsirini atamın timsalında müəyyən etməyə çalışıram.
Atam 60-ci illərin əvvəllərində, Hadrut rayonunun Binədərəsi kəndində kolxozun bir sürü sağmal – ana qoyununu saxlayırmış. Həmin il payızın son ayında, qoyunların döl dövrü başlayanda, atam o qədər ustalıqla təsərrüfatı idarə edir ki, doğulan körpə quzular arasında heç bir itki olmur. Hər yüz baş qoyuna yüz əlli başa yaxın quzu alır.
Atamın burada işə başladıqdan sonra, tez bir zamanda kolxozun təsərrüfatında ciddi dəyişiklik baş verir, məhsuldarlıq çoxalır. Onun bu iş təcrübəsi rayonda yayılır, tez-tez rayon icraiyyə komitəsinin iclaslarına çağırılaraq təcrübəsindən yararlanmaq istəyirlər.
Hadrut rayonunun icraiyyə komitəsinin sədri Vila Qirqoryan atamın o vaxtkı Banazor kəndində kənd Sovetinin deputatı seçilməsinin təşəbbüskarı olur. Artıq atamı Vilayət Partiya Komitəsinin təsərrüfatın idarə edilməsinə həsr edilmiş iclaslarına da dəvət edirmişlər. Atam halal zəhməti hesabına nə qədər çox şan-şöhrət qazansa da dünyanın aldadıcı, yalançı cazibəsinə inanmır, qohumları, dostları arasında hörmət və ehtiramı uca tutarmış.
Atam bizə həmişə nəshiət edərdi:
-Dünyaya etimad edib ona ürək bağlayanların bir çoxunu, dünya dərdə salar. Dünyadan əmin olan və dünyanın isə yerə sərdiyi insanlar gərək çoxlarına görk olsunlar. Nə çoxdur böyük məqam sahibi olan və dünyanın isə kiçildərək alçatdığı, nə çoxdur yalançı əməlləri ilə fəxr edən və özündən razı olan, dünyanın isə zəlil xar etdiyi kimsələr.
Anam bizə, belə alçaldılmış və təhqir olunmuş bir insan haqqında xatirə danışmışdı.
Atamın çalışdığı kolxozun on minə yaxın qoyunun yununu xüsusi təşkil olunmuş briqada – buna qırxınçılar deyirdilər – təsəvvür edin, 30 ton yunu qırxıb fermadakı alaçığımızın yanına yığırlar. Rayonda atam xüsusi nüfuz və hörmət sahibi olduğundan dövlətin malının qorunmasınıda ona tapşırırlar.
İş elə gətirir ki, rayondan olan müəyyən gecikmələr ucbatından qırxılıb tayaya vurulmuş yun fermadan vaxtında yığılıb aparılmır. Bu ərəfə də atamgil sürünü yaylağa aparmaq üçün yola düşürlər. Beləliklə, fermada arvad uşaqlar və bir də dövlətə aid böyük yun tayası qalır.
Kolxoz da o zaman bir nəfər erməni də işləyirmiş. Səhv etmirəmsə adı da Petya olub. Bu çox murdar xasiyyətli, bizim camaatı sevməyən biri imiş.
Gecənin bir aləmin də fermadakı qadınlardan biri anama xəbərə gəlir:
-Ay Tovuz bacı, yun tayasının o biri tərəfindən Petya yun yığılmış kisələri kənara dartıb yığır. Qəfil xəbərdən yaranan səs-küydən Petya duyuq düşür, qaçmağa çalışır. Ancaq gec olur, hərə bir tərəfdən – söyür, təhqir edir.
Səhər Petyanın qohum əqrabası anmın yanına minnətə gəlirlər:
-Tovuz xanım, Zal burda yoxur. Bu camaatda sənin sözünü eşidir, -deyirlər. Bu, yun oğurluğu məsələsi gedib Hdruta çatıb. Bəlkə də bir azdan milislər gələcək. Petyanı tutsalar əlli-ayaqlı gedəcək. Bir bölük də uşağı var. Başsız qalıb acından qırılarlar. Sən böyüklük elə, gəlib səndən soruşan olsa, çalış bu xətanı ondan uzaq eliysən.
Anam da bir qədər götür qoy etdikdən sonra:
-Onsuzda kolxoza ziyan dəyməyib. İmkan vermədik ki, Petya yunu oğurlasın. Milislər gəlib maraqlansalar, deyərik Petya olmayıb.
Aradan bir qədər keçəndən sonra Hdrut rayonundan bir UAZ markalı maşın gəlir. Gələnlərin arasında rayonun Milis şöbəsinin rəyisidə var imiş. Camaatı yığırlar bir yerə, sorğu-sual başlayır. Anam heç kimə imkan vermədən gələn rəisə üzünü tutaraq:
-Ay hökumət, burda oğru zad olmayıb. O axşam səs küy salan bizin qonşu filankəsin arvadıdı. Yazıq neçə vaxtdı xəstələnib. Gecələr qəfil yuxudan durur, qışqırır, kimsə gözünə görünməsi barədə boş-boş danışır. Narahat olmayın. Kolxozun yunuda hamısı yerindədi. Ancaq siz rayona məlumat verin gəlib yunu buradan tez aparsınlar. Yağış yağsa xarab olacaq.
Bir gündən sonra bütün yun yığılıb rayonun tədarük məntəqəsinə aparılır.
Sonralar Petya kolxozda müəyyən vəzifə tutur. Alçaq erməni xislətini özündə məharətlə cəmləşdirən Petya bütün ermənilər kimi ona edilən yaxşılıqları unudaraq atamın işdən çıxarılması üçün çox canfəşanlıq edir. Atamın çalışdığı kolxozdakı idarəetmə strukturunda olan millətçi ermənilər həmrəylik göstərərək kolxozun idarəsində kiçik bir iclas eləyib atamı işdən çıxarırlar. Atamın işdən çıxarıldığını görən yoldaşları Əziz oğlu Səməd, Fərhad oğlu Məhəmməd də idarəyə işdən çıxdıqlarını bildirirlər. Təsərrüfatın sahibsiz qaldığını görən ermənilər Məhəmməd və Səmədə – biz Zalı işdən çıxartmışıq, bəs, siz hara gedirsiniz? – deyirlər.
Onlar da kolxozun rəhbərliyinə bir ağızdan sərt şəkildə deyirlər ki:
–Siz elə bilirsiniz bu boyda təsərrüfatı Zal olmadan dağa-arana təhlükəsiz aparıb gətirmək asandı? Erməni də bu sözün cavabında hikkə ilə bildirir:
–Ara, görmürsünüz, Zal kürən atın üstündə oturanda türk paşalarına oxşuyur.
Ancaq sonralar məlum olur ki, bu iclasın heç kənd soveti deputatını işdən çıxarmaq səlahiyyəti yox imiş.
Buna baxmayaraq, atam bir də yun oğrularının işlədiyi kolxoza işə qayıtmaq istəmir.
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş