Cənub bölgələrinə dövlət qayğısı - Nura boyanan dağ kəndi

 
Sekəşan  kəndi Astara rayonunun səfalı guşəsində yerləşir. Buranın əvəz olunmaz təbii gözəlliyi olduğu kimi varı da, bərəkəti də tükənməzdir. Kəndin hər tərəfi meşədir.  Odur ki, burada bütün fəsillər heyrətamiz keçir.   Yayda isə daha da cənnətləşir, xoşbəxt günləri başlanır. İnsanları  təbiəti kimi saf, mehribandır.  Mürəkkəb relyefə malik ərazi  olduğuna görə kənd sakinləri  bir sıra sosial problemlərlə üzləşməli olurlar.  Artıq dövlət başçısı İlham Əliyevin  xüsusi diqqət və qayğısı sayəsində  sosial məsələlər öz həllini tapdıqca bu yerlərə yeni həyat gəlir.
 1994-cü ildən Sekəşanın işıqları kəsilmişdi. Əhali bu səbəbdən xeyli əziyyət çəkirdi. Hətta bu qədim yaşayış məskənindən köçüb gedənlər də çox olub. Prezident cənab İlham Əliyevin sərəncami ilə ayrılan  vəsait hesabına “ Azərişıq” ASC kəndə  elektrik xətti çəkmişdir. İndi Sekəşan  işıq selində  üzür. Hədsiz sevinc içində olan camaat  ölkə başçısına dərindən minnətdarlıq  edir.
                                           
  Şüşə kimi yol
 Lənkəran rayonundakı Hirkan-Mamusta-  Siyavar  avtomobil yolu 7 kilometr məsafəni birləşdirir. 10 min əhalinin istifadə etdiyi  bu yolun inşası uğurla  başa çatmaq üzrədir. Yol   müasir standartlara  uyğun  yenidən tikilməklə, bütün lazımi  qurğu və avadanlıqlarla  təmin olunub. Belə k, 4-cü texniki dərəcəyə malik  yola  ikiqat  asfalt-beton  üzlük döşənmiş, onun  çiyin  hissələri optimal  qum-çınqıl hesabına  bərkidilib. Sözün əsl mənasında şüşə kimi yoldur.  
 Yol əhaliyə rahatlıq gətirməklə bərabər,  həm də onlara Bakı-Ələt-Astara- İranla dövlət sərhədi avtomobil  magistralına  rahat çıxış verir.
 Rahatlıq, mədəniyyət  nümunəsi olan   yeni yol  adamların əhval-ruhiyyəsini  yüksəldib. Deyirlər ki, Prezident cənab İlham Əliyevin  xüsusi  diqqəti hesabına əsas problərimiz həll olundu.  Hamı əl-ələ  verib  öz dövlətinə, ölkə başçısına  böyük inamla  xoşbəxt gələcək naminə  qurub-yaradır.


 Zəfər  ORUCOĞLU,
 Azərbaycan  Jurnalistlər Birliyinin üzvü


Facebook-da paylaş