“Veteranlar Birliyinin” üzvləri ilə görüş
"Dövlət və Qanun" qəzetinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri,Beynəlxalq hüquq -eksperti İsmayıl Zalov , Dövlət Təhlükəsizlik Xidmətinin“Veteranlar Birliyinin” üzvüləri ilə görüşdə olmuşdur.
İsmayıl Zalov DTX-nin veteran əməkdaşları qarşısında çıxış etmişdir.
“Azərbaycanın dinamik inkişafini təmin etmək üçün, ölkədə sabitliyin olması çox vacib şərtlərdən biridir. Sabitliyimizin və inkişafımızın qaranti olan, cənab prezdent İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin sərhədlərin ayıq-sayıqlıqla qoruyur. Bu gün əminliklə deyə bilərik ki, dövlətin təhlükəsizliyi etibarli əllərdədir.
Ulu öndər Heydər Əliyev istər DTX-da xidmət etdiyi, istərsə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə, xalqımız və dövlətimiz üçün , taleyüklü əhəmiyyət daşıyan işlərə imza atmışdir.
Onun layiqli davamçısı cənab İlham Əliyev də, bu postlarda xidmət etməyi, etibarli və etimadı doğrulda biləcək insanlara həvalə etmişdir.
DTX-nin rəisi Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik MƏDƏT QULİYEV xidmətləri ilə həmişə xalqın gözü qarşısında olmuşdur. Bu gün də həmin sevgi və cəsarətlə dövlətə xidmət etməkdədir. Onun dövlətinə, xalqına olan sevgisi səngərlərdən keçib, sərhədlər aşmışdır və bu gün də dövlətə sədaqətlə xidmət etməkdədir.
Rəhbər olaraq, dövlətə fəaliyyətləri dövründə şərəflə xidmət etmiş, veteran həmkarlarının təcrübəsindən istifadə etməyi heç vaxt unutmur. Azərbaycan dövlətçilik bünövrəsi möhkəm təməl üstə qoyulmuşdur. Bu gün dövlət müstəqilliyimizi canından çox sevən insanlar, onu qoruyur və inkişafına dəstək verirlər. Mən Mədət Quliyev başda olmaqla bütün DTX-nin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıram” deyə İsmayıl Zalov qeyd etmişdir.
Xatırladırıq ki, DTX- nın veteranları “Veteranlar Birliyində” təmsil olunurlar.
Birliyin sədri polkovnik Şamil Süleymanovdur.Müavinləri polkovniklər Azər Qarayev, Əliheydər Dadaşov, Azər Səlimov və digər təcrübəli, təqaüddə olan DTX-i əməkdaşlarıdırlar. Təqaüddə olan keçmiş əməkdaşlar həftənin müəyyən günlərində bir araya gələrək, ölkəmizdəki ictimai-siyasi məsələləri müzakirə edərək, öz tövsiyələrini verirlər.
Facebook-da paylaş