Ordumuz xalqın qürur mənbəyidir...

 
93-cü ilin məlum hadisələri zamanı erməni silahlı birləşmələri Azərbaycanın müstəqilliyiylə barışmayan imperiya təxəyyüllü Rusiya dairələrinin dəstəyilə ölkəmizin böyük ərazisini işğal altına aldı. O vaxt Ümummilli lider Heydər Əliyev xalqın tələbi və istəyiylə yenidən hakimiyyətə qayıtdı. Azərbaycan Respublikasının Prezidenti 93-cü ilin axırlarında Azərbaycan xalqına, Aəzrbaycan gəncliyinə və damarlarında vətənə məhəbbətə qanı çağlayan insanların hamısına müraciət etdi. Əbədi olaraq Azərbaycanın çox şərəfli bayramları sırasında daha bir tarix həmişə yad ediləcəkdir. Bu, "26 iyun Silahlı qüvvələr günü"dür. O dövlət öz bütövlüyünü qoruyub saxlamağa qadirdir ki, onun vahid komandanlığa tabe olan güclü, qüdrətli ordusu olsun və bu ordu öz dövlətinin mənafeyini qorumağa borclu olduğunu bilsin. Söz yox, ordu quruculuğu daha çətindir, daha çox vaxt tələb edir. Şübhəsiz ki, bacarıqlı və tələbkar sərkərdə ordu quruculuğu işini düzgün əsaslar üzərində yaradır, başa çatdırır. 

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Düşməninordusu demək olar ki, məhv edildi. İşğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bu bəyanatla düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını da döyüşsüz Azərbaycana təhvil verdi.
Bu parlaq qələbədən sonra Bakıda Hərbi Qənimətlər Parkı yaradıldı. Bura gələn hər bir şəxs Silahlı Qüvvələrimizin gücünə bir daha şahid olur. Bu parkda toplanan texnika Ermənistanın acınacaqlı məğlubiyyətinin nümayiş etdirir. Burada nümayiş olunan texnika məhv edilmiş və qənimət kimi götürülmüş düşmən texnikasının kiçik bir hisəssini təşkil edir.

Bu yaxınlarda komando hərbi hissəsinin birinin açılışında Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bugünkü Azərbaycan ordusu 2 il bundan əvvəl Vətən müharibəsində torpaqlarımızı 30 il işğal altında saxlayan mənfur düşmənə qalib gəlmiş ordudan daha güclüdür. Bizim ordu vətənimizə qarşı yönəlmiş istənilən təxribatın qarşısını almağa qadirdir.
 
Əli Zalov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri, professor


Facebook-da paylaş