Şanlı Zəfərin mübarək, əziz Şəhidim!
Şəhid Süleymanov Abdulla Telman oğlu...
Bu il ŞANLI ZƏFƏRİMİZİN 3 ili tamam oldu. 2020-ci ilin Sentyabr ayının 27-də başlanan və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Böyük Qələbəsi, Azərbaycan tarixinə əbədi həkk olunan 44 günlük Vətən Müharibəsində Qələbəni bizə yaşatdıqlarına görə şəhidlərimizə əbədi borcluyuq. Bizlərə Qələbə sevincini yaşatmaq üçün canlarından keçmiş şəhidlərimizi, qazilərimizi heç vaxt unutmamalıyıq, unutmayacağıqda!
Vətənini sevən Şəhidlərimiz! Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqımızın sevimlisi oldular. Məktəblərin, müəllimlərin yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atdılar! Şəhid və qazilərimizin qəhrəmanlıqları haqqında məqalələr, kitablar yazılır, adları tarix dərsliklərinə salınır, şagirdlərimiz tərəfindən öyrənilir, filimlər çəkilir...
Vətən Müharibəsinin ilk günlərdən İkinci Qarabağ Müharibəsində 44 günlük döyüşlərə qatılan, Vətənə Zəfər gətirmək Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə hərbiçi kimi iştirak edən Abdulla Süleymanov şərəfli döyüş yolu keçərək və bu yolda özünü qurban verməkdən bir an belə çəkinmədi.
Xoş günlərdə xalq olaraq ən ümdə arzumuz işğal altında olan torpaqlarımızda bayram sevincini yaşamaq idi.Torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsi, azadlığa qovuşması qəhrəmanımızın çoxdankı arzusu idi. Bir pilotçu kimi xalqımızın birliyi, Ordumuzun, Güclü liderimizin “Dəmir yumruğu” düşmənin məhv etmək Abdullanı da sevindirirdi. Uşaqlıqdan hərbiçi olub torpaqlarımızı azad etmək, valideynlərini doğma Cəbrayılın Çərəkən kəndinə aparmaq arzusi ilə yaşayırdı.
Süleyymanov Abdulla Telman oğlu 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olub. 2005-2016-ci illərdə M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbini bitirdikdən sonra Abdulla Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olub. Oxuduğu müddətdə ali təhsilini müvəffəqiyyətlə başa vurub. Subay idi.
2020-ci ildə Akademiyanı Aviasiya ixtisası üzrə bitirən və "leytenant" rütbəsi qazanan Abdulla Süleymanov Səngəçal Aerodromunda xidmətə başlayır.
İkinci Qarabağ müharibəsində 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan müharibədə onun da payı var.
Anası Samirə xanımın ona danışdığı Vətən haqqındakı nağılları gerçəkləşdi.
Samirə xanım gözlərinin yaşını silib gözünü bir nöqtəyə dikdi. Sonra xatirələrindən danışdı: “-- O zamanlar bizim torpaqlarımız işğal altında idi. Abdullanın vətənpərvərlik hissi, hərbiyə olan sevgisi elə kiçik yaşlarından duyulurdu. Abdulla çox ağıllı, tərbiyəli, müəllimlərinə qulaq asan uşaq olub. Vətənini sevən, sinif yoldaşları ilə həmişə mehriban davranan bir şagird idi. Qonşuluqdakı uşaqlarala həmişə dostcasına davranardı. Ona demək lazım deyildi dərslərini hazırla. Məktəbdən evə gələndə tez əynini dəyişər, dərslərini hazırlayardı. Abdulla həmişə oxuduğu sinifdə ayağa qalxaraq pilotu idarə etmək üçün havada əllərini oynadaraq uşaqları güldürürdü. Bu onun xəyalı olsada arzusu idi. Elə ali məktəbə də öz biliyi ilə daxil oldu. 80 sualı cavablandıraraq - imtahandan uğurla keçmişdi. Pilot idarə etmək, göylərdə uçmaq istəyirdi, balam. İkinci Vətən müharibəsi başlayanda komandir müharibədə kimin döyüşmək istədiyini soruşanda, Abdulla ilk qabağa çıxan zabitlərdən olub. Cəbrayıl işğaldan azad edilən günü onun sevincinin həddi-hüdudu yox idi. 22 yaşlı balasının arzusunu dilə gətirərək şəhid olmaq istəyirdi. Arzusuna qovuşdu balam... " deyərək gözlərindən axan yaşı sildi və yenidən söhbətə başladı. Abdulla çox qayğıkeş idi. 11 yaşlı qardaşı Şəhriyarın da qayğısına da qalardı. Şəhriyar qardaşına deyirdi ki, mən də sənin kimi, hərbçi olacağam. Amma o, balaca qardaşını həkim kimi görmək istəyirdi. Gecələr Şəhriyar qardaşının yatağında onun şəklini qucaqlayaraq qoxusunu almadan yuxuya getmir”.
Abdulla Süleymanov 2021-ci ilin noyab ayının 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxır, DSX-ya məxsus Mİ-17 markalı 20136 bort nömrəli hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda qəzaya uğrayir. Qəza nəticəsində 14 nəfər şəhid olur, 2 nəfər yaralanır.
Qəzaya uğrayan Süleymanov Abdulla Telman oğlu II Şəhidlər Xiyabanında dəfn olunur.
Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Süleymanov "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, pilot, Vətən müharibəsinin iştirakçısı Süleymanov Abdulla Telman oğlunun şəhadətə ucalmasından 2 il keçir.
Samirə xanım yaşadığı evin önünə şəhidimizin şəklini vurub. Evinin birini isə muzey kimi oğlundan xatirə qalan əşyaları– döyüş vaxtı çəkdirdiyi şəkilləri, namaz qıldığı möhür və təsbehi, geyindiyi zabit mundirini divardan asıb. Həmin muzeyə şəhidi yad etmək üçün dostları və iş yoldaşları bura gəlirlər.
Hər il Cəbrayıl İcra Hakimiyyətinin nümayəndələri, oxuduğu məktəbin pedaqoji kollektivi onu yad edir.
Şəhidimizə Allahdan rəhmət diləyirik! Şanlı Zəfərin mübarək, əziz Şəhidim!
Zöhrə Məmmədova

Facebook-da paylaş