Müstəqilliyimizin memarı...
Müstəqil Azərbaycanın qurucusu, dahi rəhbər, xalqımızı ən ağır sınaqlardan siyasi müdrüklük əzm və iradə, düha və idrakının yenilməz gücü ilə çıxarmış Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə bütün respublikada olduğu kimi Cəbrayıl rayon
Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbdə Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş Müstəqilliyimizin Memarı" adlı tədbir keçirilib. Tədbir Dövlət
Himnin səsləndirilməsi və Ulu Öndərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Aparıcılar sözü məktəbin direktoruna verdilər. Nuriyyə Ağayeva iştirakçıları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. N. Ağayeva bildirdi ki, rəhbəri olduğu məktəbdə ölkənin ictimai- siyasi, mədəni həyatında baş verən hadisələrə həsr olunan tədbirlər mütəmadi olaraq keçirilir. Ulu öndər Heydər Əliyevin 100 illk yubuleyinə həsr olunan tədbirlər də yüksək səviyyədə təşkil olunub. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili" elan edilmişdir. Və bu il çərçivəsində biz mütəmadi olaraq il ərzində müxtəlif tədbirlər, müsabiqələr, yarışlar keçirmişik. Və bu gün həmin tədbirlər silsiləsinin yekunudur. Bizim bugünkü tədbirimizdə əziz qonaqlarımızdanMilli Qəhrəman Kazım Məmmədovun anası Dursun Balakişiyeva, bacısı Şamama Məmmədova, tarixçi alim Vaqif Rüstəmov, Tarix Diyarşünaslıq muzeyinin elmi-kütləvi şöbənin müdiri Bəturə Şirinli, Cəbrayıl rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov, sektorun əməkdaşları Alim Babayev, Habil Əliyev, məktəbimizin fəxri müəllimi Məhəmmədəli Şükrəliyev iştirak edir. Direktor çıxış üçün ilk sözü şəhidin anası Dursun xanıma verdi. Dursun xanım övladı Kazımın təhsil aldığı məktəbi doğma evi hesab etdiyini, Nuriyyə xanımın böyük diqqət göstərərək, məktəbdə keçirilən bütün tədbirlərə onu dəvət etdiyini bildirdi və əlavə etdi ki, oğlu üçün düzəltdirdiyi heykəli doğma yurdu Cəbrayıla aparacaq. Direktor növbəti qonağı təqdim edərək bildirdi ki, tarixçi alim Vaqif Rüstəmov tariximiz haqqında müxtəlif tədqiqatlar ilə yadda qalan əsərlər yaradıb. Vaqif müəllim çıxışında qeyd etdi ki, Ümummilli lider H.Əliyev həmişə xalqımızın tarixi, milli-mənəvi dəyərlərin qorunmasına milli mədəniyyətimizin inkişafına çalışıb. Ulu Öndər Prezident olduğu dövrdə tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun xalqa mənəvi bağlılığının parlaq nümunəsidir. Tarixçi alimin çıxışından sonra söz məktəbin fəxri müəllimi Məhəmmədəli Şükrəliyevə verdi. Məhəmmədəli müəllim qeyd etdi ki, ölkəmizdə H.Əliyev ili elan olunması dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsirlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramının göstəricisidir. Tədbirin təşkilatçısı Səidə Quliyevanın ssenarisi əsasında hazırlanmış bədii hissənin nümayişi başlandı. Aparıcılar-Pünhan və Züleyxa Heydər Əliyevin öz xalqına, vətəninə, sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın 20-ci əsr ictimai- siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratdığını qeyd etdilər. Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən bədii tədbirin iştirakçılarını səhnəyə dəvət etdilər. Çinarə, Əntiqə, Züleyxa, Cəvahir, Aynur, Pünhan, Səlim, Fatimə Sara, Elmira, Ömər, Fidan, Aysel, Sevinc, Fatimə, Rüqəyya, Məhruzə, Elmin, İlkin, Hüseyn, Mehrab "Xudayar təsnifini", "Azərbaycan oğluyam", "Xalq Heydər", "Qarabağ", şeirlər, rəqslər səhnəciklər
Şagirdlərin hazırladıqları bədii kompazisiya Azərbaycanın dövlətçilik tarixində rol oynamış qədim dövlətləri, onların hökmdarları və dövlət atributlarını əks etdirən nümayişi məni çox duyğulandırdı. Leyla Bayramovanın yetirmələri, "Xarı Bülbül"ün libasına bürünmüş balaca rəqqasələrin isə möhtəşəm çıxışları surəkli alqışlarla qarşılandı". Aparıcılar bildirdi ki, İntibah və milli şüurun oyanışı Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlib: -Onun şəxsi həyatı, uşaqlıq və gənclik illəri , ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın
XX əsr ictimai- siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdir.
Əgər Ulu Öndərin əsrin 70-80-ci illərində qurub- yaratdığı , inkişaf etdirdıyi Azərbaycan olmasaydı, bu günümüzün mühüm nailiyyətlərindən danışmaq çətin olardı.
Yurdumuzun üstündən, Qovdun qara kölgəni.
Məhv olmaqdan qorudun
Xilas etdin ölkəni
Bir işıq doğdu yurda, O vətənə gələndə, Səs verdi millətinə, Söz verdi millətinə.
Aparıcılar Heydər Əliyevin özünün də qeyd etdiyi kimi, həmişə müstəqil Azərbaycanımızın əbədiyaşar lideri olaraq qalacağını, 31dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününün təsis edilməsinin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu deyərək hamını bayram münasibətilə təbrik etdilər. Çıxış üçün son söz Cəbrayıl rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanova verildi:
"Əziz balalar, bu günün qəhrəmanları, çox hörmətli pedaqoji kollektiv, müqəddəs şəhid anamız və bütün qonaqlar, hər birinizi salamlayıram. Şagirdlərin böyük ürəklə, sevgi ilə etdikləri təqdimatları, tədbirə hazırlıqları, onların həyəcanları, kövrək addımları məni qürurlandırdı. Onların qəlbində sonsuz Vətən, torpaq, millət eşqi, sevgisi var. Dünya durduqca Azərbaycanımız günü gündən çiçəklənəcək, zirvələrə, zəfərlərə daha böyük naliyyətlərə imza atacaq. Ümumilli Lider Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan H.Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi hər birimiz, xüsusilə gənc nəsl üçün tükənməz ibrət məktəbidir"
Sonda Zamiq Qurbanov və Nuriyyə Ağayeva müsabiqə qalibləri olan Züleyxa, Cəvahir, Aynur, Pünhan, Səlim, Fatimə, Sara, Elmira, Ömər, Fidan və Ayseli Fəxri Fərmanla təltif etdilər.
Hüsniyyə Əlizadə
Facebook-da paylaş