1945-ci ildə kimya üzrə Nobel mükafatçısı – ARTTURİ İLMARİ VİRTANEN (1895-1973)

 
Finlandiya biokimyaçısısı Artturi İlmari Virtanen Helsinqforsda qatar maşinisti Kaarlo Virtanen və həyat yoldaşı Serafina İzotalonun çox kasıb ailəsində anadan olmuşdur (1895-ci ilin yanvarın 15-də). Artturinin valideynlərinin yeddi övladı var idi, lakin onlardan dördü uşaqlıqda ölmüşdür (Artturi sonradan hesab etdiyi kimi, daha ucuz yağsız südün alınması ilə bağlı A vitamini çatışmazlığı səbəbindən). Artturinin doğulmasından qısa müddət sonra ailə Vıborqa köçmüşdür. Vıborq məktəbində  Virtanen əla qiymətlərlə oxumuşdur. O, şəhər kitabxanasının daimi oxucularından biri idi. Balaça oğlan təbiət elmləri - botanika ilə də həvəslə maraqlanırdı. Onun herbarisində yeddi yüzə yaxın bitki var idi. Virtanen Helsinki İmperator Aleksandr Universitetinin fizika-riyaziyyat fakültəsinə daxilolmuşdur (1913). O, demək olar ki, fakültədə tədrisolunan bütün fənləri öyrənirdi, lakin ən çox kimyayameyl edirdi. Virtanenin özünün sözləri ilə desək, “…nədənsə kimya məni cəlb etdi və məndə belə bir hiss var idi ki, bu, tamamilə zəruri olan elmdir və bütündigər təbiət elmləri yalnız kimya ilə birləşdirildikdədüzgün məna alacaqlar”.
Virtanen Aleksandr Universitetini bitirdikdən sonar (1916), Helsinkidə Mərkəzi Sənaye Laboratoriyasında(1917) və Finlandiyanın “Valio” pendirqayırmafirmasında işləmişdir (1919-1921). O, əvvəlcə firmanınlaboratoriyasında laborant (1919), sonar isəlaboratoriyanın müdiri olmuşdur (1921). Daha sonrapinabietik turşunun strukturu üzrə doktorluqdissertasiyasını hazırlamaq üçün yenidən universitetə qayıtmışdır. Virtanen dissertasiya müdafiə etdikdən(1919) sonra Sürixdə fiziki kimya (1920), Stokholmdaisə bakteriologiya və enzimalogiya sahəsində təhsilinidavam etdirmişdir (1921-1924). 
Virtanen Lilia Moisio ilə ailə həyatı qurmuş vəonların iki oğlu olmuşdur (1920). Virtanen Helsinki universitetində dərs demiş (1924-1948, 1931-ci ildən professor vəzifəsində), eyni zamanda Fin texniki universitetində professor işləmişdir (1931-1939). Uzun müddət Biokimya institutunun direktoru olmuşdur (1931-1973).
Əsas elmi işləri heyvan yemlərin biokimyasına aiddir. Paxlalı bitkilərdə azotun fiksasiyasının mexanizmini öyrənmişdir (1925). Bitkilər tərəfindən  azotlu üzvi birləşmələrin mənimsənilməsi zamanı qırmızı piqmentin funksiyasını və  vitaminlərin əmələ gəlməsi faktını müəyyən etmişdir. Müxtəlif yemlərin konservləşdirilməsi üsulunu işləyib hazırlamışdır (1928-1929). Bunun üçün yem sulfat və xlorid turşularının qarışığı ilə pH 4 olana qədər turşulaşdırılır və nəticədə bakterial və fermentativ proseslər dayanır. Bu üsul bir sıra ölkələrin kənd təsərrüfatında geniş tətbiq sahəsi tapmışdır. Belə ki, alimin adının baş hərfləri ilə  AIV metodu adlanan bu üsul bir çox Avropa ölkələrində və bir qədər dəyişdirilmiş şəkildə ABŞ-da tətbiq edilib. Helsinki Universitetində onun laboratoriyasında daha mürəkkəb bitkilərin biokimyasını öyrənmək üçün iş aparıldı ki, bu da bir çox amin turşularının alınmasına və onların kimyəvi strukturunun təkmilləşdirilməsinə səbəb oldu (1940).
Virtanen südün və yağın konservasiyası üsulları işləyib hazırlamış, pendir istehsalı texnologiyasının yaxşılaşdırılması ilə məşğul olmuşdur. Artturi İlmari Virtanen “kənd təsərrüfatı və qida kimyası sahəsində tədqiqatlarına və ixtiralarına, xüsusən də yemlərin konservləşdirilməsi üsullarına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1945). Virtanen Finlandiya Dövlət İncəsənət və Elmlər Akademiyasının prezidenti (1948-1963), Papa Elmlər Akademiyasının üzvü (1955), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (1969) və bir sıra digər elmlər akademiyalarının və elmi cəmiyyətlərin üzvü olmuşdur. 
Artturi Virtanen Finlandiyada Helsinki şəhərində 78 yaşında  vəfat etmişdir (1973-cü ilin noyabrın 11-də).
Virtanen çox məhsuldar alim idi, elmi əsərlərinin sayı 1300-ü ötmüşdür. Onun tələbələri arasında qırx dörd nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının 


Facebook-da paylaş