Nəvəsi milyonçu Nağıyevın təhsil üçün gördüyü, lakin gizlədilən inqilabi işlərindən danışdı: “Qızları və fəhlələri oxutdururdu ki...”

   

     XIX əsrin sonu - XX əsrin əvvəllərinin Bakı dünyanın ən ziddiyyətli şəhərlərindən sayılırdı. Avropa kapitalistləri sanırdılar ki, neft fantanları bu şəhəri xoşbəxt edir. Ona görə də hamı Bakıya axışmağa cəhd edirdi.
Lakin reallıq tam başqa idi. 1905-ci il inqilabi, böyük siyasətin acı zərbələri, iqtisadi “islahatlar” şəhəri çökdürməkdə idi. Çar rejimi özünün son nəfəsini verməkdə idi.
    Elə bu zaman neft bumunun qəhrəmanları olan Bakı milyonçuları xalq üçün əlindən gələni etməyə başladılar. Bu, təbii ki onların hamısına aid deyil. Siyahının ilk pilləsində isə bəlli bir şəxsin adı var – Hacı Zeynalabdin Tağıyevin...
Lakin bir insanı unudur, onu xəsis kimi qələmə veririk. Amma o hamısındna çox bina tikdirib, mesenatlıq fəaliyyəti də başqalarından az deyil. Söhbət Ağa Musa Nağıyevdən gedir.
Milyonçunun nəvəsi, araşdırmaçı alim Dilarə Nağıyeva AzEdu.az əməkdaşı ilə söhbətində babasının təhsil, maarif sahəsində gördüyü işlərdən danışıb. Dilarə xanım əvvəlcə, həmin kritik dönəmi təsvir edir:
Milyonçuları yetişdirən yoxsulluq
     “Azərbaycanda xeyriyyəçiliyin qədim kökləri var. XIX əsrin sonu - XX əsrin əvvəllərində xeyriyyəçilik geniş miqyasda yayılır, yeni forma və məzmunla çıxış edir, hüquqi normaya çevrilir.
Azərbaycanda kapitalist münasibətlərinin inkişafı, dövrün ictimai-iqtisadi həyatında sürətlə gedən qütbləşmə prosesinin dərinləşməsi xeyriyyəçilik təşkilatla­rının yaranmasına səbəb oldu. Bu münasibətlərin sürətlə inkişafı ölkədə ictimai-iqtisadi münasibətlərlə yanaşı əhalinin sosial-mədəni həyatına da öz təsirini göstərdi.
    Azərbaycan iqtisadiyyatı kapitalist münasibətləri kontekstində inkişaf etdikcə əhalinin təbəqələşməsi qüvvətlənir, nəticə etibarı ilə bir qrup milyonçu ilə yanaşı, xalqın böyük əksəriyyəti yoxsullar sinfini təşkil edirdi.
Kapitalizmin bütün ziddiyyətləri Bakı neft sənayesinin inkişafı ilə daha da dərinləşərək xalq kütləsini maddi və mənəvi çətinliklərlə üz-üzə qoydu. Belə bir ictimai-iqtisadi şəraitdə xalq haqqında, onun elmə, təhsilə yiyələnməsi, maddi vəziyyətinin yaxşılaşdırılması barədə düşünən demokratik ruhlu ziyalılar, yeni xeyriyyə cəmiyyətləri yaratmaq təşəbbüsünü irəli sürürlər”.
25 müsəlman qızını oxutduran milyonçu
Dilarə xanım daha sonra babasının xeyriyyəçilik fəaliyyəti və birbaşa təhsillə bağlı gördüyü işlərdən danışır:
    “A.M.Nağıyev nə qədər sevincli həyat sürmüşdüsə, bir o qədər də faciəli həyat yaşayıb. Lakin doğma xalqına bağlı şəxsiyyətlərdən olub. O, xeyirxahlığı və ziyalı təfəkkürü ilə zəmanəsinin mesenatları arasında özünəməxsus şərəfli yer tutur.
A.M.Nağıyev gördüyü bütün işləri Azərbaycanın adına, xalqına ithaf edib, var-dövlətini millətin, xalqın yolunda sərf edib. Azərbaycan adlı bir məmləkətin inkişafı, tərəqqisi, Azərbaycanın rifahı onun üçün hər şeydən öndə olub.
    Sahibkarlıqdan əldə etdiyi gəlirlərini millətin maariflənməsi yönümündə sərf edən mesenatlardan olub. Belə ki 25 müsəlman qızının ibtidai sinifdə oxuması üçün iri məbləğdə ianə verib.
35-ə yaxın kasıb ailənin vəsiyyətinə əməl edərək şəxsi vəsaiti hesabına onları Kərbəlada dəfn etdirdiyi, Bakıya Şollar suyunun çəkilişində xərclənən vəsaitin müəyyən hissəsini ödədiyi mübahisə olunmazdır”.
Nağıyevin savadsızlıqla mübarizəsi
Dilarə Nağıyevanın sözlərinə görə, milyonçu babası hər zaman savadsızlıqla mübarizə də aparıb. O, müəssisələrində işləyən fəhlələr üçün də kitabxana saldırıb:
“Bütün bunlarla bərabər o, savadsızlığa qarşı mübarizə aparmaq niyyəti ilə xeyirxah işlər görüb. Belə ki o müsəlman qızlarının təhsil haqlarını və eləcə də xaricdə təhsil alan gənclərin təhsil haqlarını ödəməyi üzərinə götürərək, Realnı Məktəbdə təhsildə fərqlənənlərə təqaüd təyin edib. Qeyd etmək vacibdir ki, bu gün də Dövlət İqtisad Universitetində (keçmiş Realnı Məktəb) təhsildə fərqlənən tələbələrə Ağa Musa Nağıyevin adına təqaüd verilir.
Bakının Nijniy Priyutski, sonradan Ketsxoveli, indiki Şamil Əzizbəyov küçəsində Hacıməmməd Hacı oğlunun mülkündə yerləşən 3-cü birsinifli ibtidai rus-tatar məktəbinin fəxri hamisi olub. Məktəbin 3 şöbəsində 114 şagird təhsil alırdı. O, Qara şəhərdə tikdirdiyi mülklərindən birini 11 nömrəli məktəbin himayəsinə verib. Qara şəhərdəki daha bir mülkünü “Bakı Neft Sənayeçiləri Qurultayı Şurası”nın laboratoriyasının ixtiyarına verib.
1897-ci ildə neft mədənlərində, zavodlarında işləyən fəhlə və qulluqçular üçün yaradılmış xalq kitabxanasının təsisçisi olub.
Təhsilə qoyulan yatırımlar
Dilarə xanımın sadaladığı faktlardan bəlli olur ki, təhsil əsasən iki milyonçunu maraqlandırıb: Tağıyev və Nağıyevi. Çünki...
     
      “Möhtəşəm binası olan “İsmailiyyə”ni A.M.Nağıyev “Cəmiyyəti-Xeyriyyə”yə hədiyyə etmişdir.“İsmailiyyə”də Ağa Musa Nağıyevin 50 qonaq­xanası olub. Burada hər gələn türk yolçusu aylarla qalıb, qidalanma və yataqla təmin edildiyi kimi, paltarları da yuduzdurulub A.M.Nağıyevin şəxsi hesabından.
     O, bundan əlavə, 201 otaqlı bir yetimxana da tikdirib. Burada cəbhədən toplanan kimsəsiz uşaqlar gətirilərək saxlanılırdı. Ərzurum cəbhəsindən gətirilən 1000-ə qədər uşaq və qadına burada baxılırdı. Hər 10 uşağın bir qulluqçusu olub, cümə günlərində paltarları dəyişdirilərək, onları gəzməyə də çıxarırdılar.
    1914-çü ildә “Nəşri-Maarif” Çәmiyyәtinin 6 nәfәr fәxri, 55 nәfәr һәqiqi üzvü var idi. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şәmsi Әsәdullayev, Yusif Dadaşov, Ağamusa Muxtarov və Ağa Hüseyn Tağıyev Cәmiyyәtin fәal üzvlәrindən idilər. Cәmiyyәt fəaliyyətini H.Z.Tağıyevin sədrliyi altında davam etdirmişdi.
   “Nəşri-maarif” Cəmiyyəti
   ““Nәşri-Maarif” Cәmiyyәti mәktәblәrdә milli kadrların yerlәşdirilmәsinә dә xüsusi әһәmiyyәt kəsb edirdi. Bu, ilk növbәdә, Azәrbaycanda ali vә seminariya tәһsili almış müәllim kadrlarının azlıq təşkil edilməsi ilә әlaqәdar idi.
Mәһz bu səbəbdən Cәmiyyәt müәllim kadrlarının һazırlanması üçün 1907-ci ildә “Darülmüәllim” seminariyası (müәllimlәr seminariyası) açmış vә bura tәcrübәli pedaqoqları cәlb etmişdi.
    1908-1909-cu illәrdә “Nәşri-Maarif” Cәmiyyәti yanında birillik “İslam” Azәrbaycan müәllimlәr kursu açılıb. Bu kursun cәmi 2 buraxılışı olub vә oranı 28 nәfәr bitirib.
Azәrbaycanda fәaliyyәt göstәrәn әksәr xeyriyyә vә maarifçilik cәmiyyәtlәrinin әsas büdcәsi üzvlük һaqlarından vә ianәlәrdәn tәşkil olunurdu. İanә toplanması üçün konsert vә tamaşalar, xeyriyyә gecәlәri tәşkil olunurdu.
1914-cü ildә keçirilәn beşinci gecәdә H.Z.Tağıyev və A.M.Nağıyev һәrәsi 4000 rubl ianə vermişlər.
Fonda toplanan vәsait Cəmiyyətin himayəsində olan mәktәblәrin fəaliyyətini təmin etmək üçün istifadə edilirdi. Belə ki şagirdlərə paltar, dәrs lәvazimatı alınırdı. Eһtiyacı olan uşaqlara maddi yardım göstərilirdi. “Nәşri-Maarif” Cәmiyyәti bir qayda olaraq һәr il Novruz bayramı münasibәti ilә camaat arasında tәdbirlәr keçirirdi vә burada da ianәlәr toplanırdı. 
Öz hesabına oxutdurduğu uşaqlar
    Çoxlarımız bu faktlardan xəbərsizik. Sən demə, Nağıyev də öz hesabına xeyli uşaq oxutdurub. Nəvəsini dinləyək:
    “1909-cu ildə Ağa Musa Nağıyev “Zaqafqaziya Balıq Sənayesi” Cəmiyyətinin təsisçisi olub. Savadsızlığın hökm sürdüyü bir dövrdə gənclərin maariflənməsinə xüsusi diqqət yetirib. Realnı məktəbini tikdirməklə bərabər burada məktəbəqədər sinfin yaranmasına nail olan A.M.Nağıyev, ona himayədarlıq etməklə bərabər, 25 müsəlman qızının təhsil haqqını da ödəməyi öhdəsinə götürüb.
Məhz bu qayğıkeşliyinə görə A.M.Nağıyev III dərəcəli “Müqəddəs Stanislav” ordeni; 1910-cu ildə isə Çar II Nikolay tərəfindən “Zolotaya şeynaya medal və Andreyevskoy lente” medalı ilə təltif olunub.
Uzaq Qərbə yönəldiləcək yolun təmirinə, Tiflisdə Mədrəsənin və Bakı Politexnikumun tikintisinə vəsait ayıran, Bakı neft istehlakçılarının iştirakı ilə keçirilən tacirlərin müşavirəsində əl üsulunun domna üsulu ilə əvəz olunması faktını sübuta yetirən, havadarlıq etdiyi tamaşaların iştirakçılarına qiymətli hədiyyələr verən, fəhlələrinə toy edən Ağa Musa fərqli işçilərini öz hesabına oxutdurub.
Xeyriyyəçilik hərəkatı inkişaf etdikcə xeyriyyə işlərilə məşğul olan cəmiy­yətlərin fəaliyyəti genişlənirdi. Bütün bu işləri özündə birləşdirəcək vahid müsəlman xeyriyyəçi-mədəniyyət mərkəzinin yaradılması artıq zamanın tələb etdiyi bir zərurətə çevrilmişdi. Yeni inşa olunmuş “İsmailiyyə” sarayını A.M.Nağıyev məhz belə bir mərkəz elan etdi və binanı “Nəşri-Maarif” Cəmiyyətinin sərəncamına verdi. Burada “Nəşri-Maarif” Cəmiyyəti tərəfindən müxtəlif xeyriyyə tədbirləri keçirilir, kimsəsiz uşaqlara sığınacaq verilir və imkansız insanlara müxtəlif yardımlar edilirdi.
O dövrdə Rus Çarizminin yeritdiyi müstəmləkə siyasətindən Qafqaz xalqları içərisində ən çox əzab çəkən müsəlmanlar olub. 1912-ci ildə ibtidai təhsil alan azərbaycanlı uşaqların sayı cəmi 12 faiz təşkil edirdi. Orta məktəblərdə təhsil alanlar içərisində isə cəmi 2,8 faiz təşkil edirdi.
Məhz buna görə o dövrdə azərbaycanlı iş adamları millətini savadlı görmək üçün əllərindən gələni əsirgəmirdilər.
A.M.Nağıyev mütəmadi olaraq hər il azərbaycanlı tələbələrinin müxtəlif təhsil ocaqlarında bilik almaqları üçün 8000 rubl məbləğində təqaüd ayırırdı.
Departament direktoru V.Kovalevski Bakıda Kommersiya məktəbinin yaradıl­ması təklifini irəli sürür. Binanın tikintisi üçün tələb olunan 170 min rubl miqdarında vəsait qısa müddətdə toplanır. Bu məbləğin 50 min rublını H.Z.Tağıyev ödəyir. İmperiyanın siyasəti burada da özünü göstərir, belə ki daha çox ehtiyac duyulan texniki və ya tibbi məktəblərin əvəzinə, kommersiya məktəbinin tikilməsi təklifi irəli sürülmüşdü.
A.M.Nağıyev və Ş.Əsədullayev Şamaxıda tikiləcək “Realnı Peşə məktəbi”nin inşası üçün vəsait toplanmasında fəal iştirak etmişdilər. Ağa Musa XIX əsrdən Azərbaycanda fəaliyyət göstərən, şikəst uşaqlara yardım edən “Uşaq Bağçası Xeyriyyə Cəmiyyəti”nə də maddi dəstək göstərib. Uşaq ölümü ilə mübarizə aparan Bakı Cəmiyyətinə mütəmadi olaraq məbləğ köçürürdü. A.M.Nağıyev “Uşaq bağçası Xeyriyyə Cəmiyyəti”nin həqiqi üzvü seçi.
Körpələr evi və başqa maarifçilik layihələri
    “1898-ci ilin yanvar ayında Bakıda “Körpələr Evi”nin inşasına başlanmışdır. Maddi vəsaitin çatışmaması səbəbindən yarımçıq qalan tikintinin bütün xərclərini A.M.Nağıyev və Ş.Əsədullayev öhdələrinə götürmüşlər.
A.M.Nağıyev “Vərəmlə Mübarizə Aparan Qafqaz Cəmiyyəti”nin fəal üzvlərin­dən biri olub. Müasirlərin məlumatlarına əsasən, bu Cəmiyyətin hər toplantısından sonra Ağa Musa vərəm xəstəliyi nəticəsində dünyasını dəyişmiş oğlu İsmayılı xatırlayaraq mənəvi əzab çəkir, daxili iztirablara və sıxıntılara düçar olurdu.
    A.M.Nağıyevin müasirlərindən olan M. Süleymanovun məlumatlarına əsasən, “Bakı miyonçuları arasında yarışa girərdilər ki, il ərzində kim tədbirlərə daha çox aktyor və ya müğənni dəvət edib, tamaşalar təşkil edər. Bu sırada A.M.Nağıyev birincilik qazanardı”.
Bütün bunların əsasını əlbəttə ki maliyyə təşkil edirdi. El arasında belə hərəkətə yol verənlər sırasında A.M.Nağıyev birinci olub. 1896-cı ildə      “Tağıyev Teatrı”nda Ağa Musanın təşəbbüsü ilə “Dilin bəlası” və “Qırt-qırt” tamaşaları gösrərilmiş və tamaşçıların rəğbətini qazanmışdı.
Bu dövrdə teatrın, xüsusilə incəsənətin təbliğində Nəriman Nərimanov çöx böyük rol oynayırdı. A.M.Nağıyev tamaşaların premyerası zamanı yaxından iştirak edən N.Nərimanova qiymətli almaz daşlı üzük, Ağasi Zeynalova isə qızıl saat bağışlamışdı. Ziynət əşyalarının hər biri 200 rubl məbləğində idi.
Ağa Musanın gələcəkdə görə biləcəyi planları Azərbaycanlı uşaqların təhsil alması, Bakının su probleminin həll olunması və səhiyyə sistemində mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı olub”. 

İmza: Günel YAŞARQIZI


Facebook-da paylaş